Kadırovçulardan etiraf: Zirehli transportyorları özləri partladırlar

 21:37 08.03.2022     1350

Ukrayna xüsusi xidmət orqanları aralarında Kadırovçuların da olduğu işğalçıların danışıqlarını dinləməkdə davam edir.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu dəfə daxili işlər nazirinin müşaviri Anton Geraşenko söhbətin səs yazısını paylaşıb ki, orada Kadırovçu bir nəfərin telefonda bu gün qırıcı təyyarənin onlara tərəf uçması ilə bağlı telefonda necə şikayət etdiyini eşidir:

"Bundan əlavə, Kadırovçu ürəyinin qorxudan az qala uçduğunu söylədi. Xəttin o biri ucundakı adam soruşdu ki, bu qırıcını vura bilərdilərmi? İşğalçı buna belə cavab verib: "Onun bizim olub-olmadığını bilmirdik. Hələ bizə deməyəcəklər - bu, seçim deyil".

O, həmçinin əlavə edib ki, kadırovçular yol boyu dağılmağa başlayan zirehli transportyorları özləri partladıblar. Həm də bunu ona görə edirlər ki, Ukrayna hərbçiləri onları aparmasın".

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən