Paşinyan Fransaya getdi

 22:06 08.03.2022     907

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 8-9-da Fransaya işgüzar səfərdə olacaq.

Redaktor.az "news.am"a istinadla xəbər verir ki, respublika hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşəcək. Daha sonra hər iki lider Parisdə keçiriləcək “Ambsiyalar: Ermənistan-Fransa” forumunda iştirak edəcəklər.

Tədbir zamanı iki ölkənin hökumət üzvləri müxtəlif sahələrdə əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər. Forum zamanı Paşinyan və Makron çıxış edəcəklər.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən