İsrailin Baş naziri Putinlə Ukraynanı müzakirə etdi

 22:52 08.03.2022     392

Bu gün İsrail tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və İsrailin baş naziri Naftali Bennet arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, V.Putin martın 7-də Belarusda Rusiya nümayəndə heyəti ilə Ukrayna hakimiyyətinin nümayəndələri arasında keçirilən danışıqların üçüncü raundu ilə bağlı fikirlərini bölüşüb.

Rusiya Prezidenti və İsrailin baş naziri bu məsələ ilə bağlı dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Vumart və Güvən reklamı Vumart Güvən