Polşa MiQ-29 qırıcılarını təhvil verməyə hazırdır

 23:47 08.03.2022     396

Polşa hökuməti bütün MiQ-29 qırıcılarını ABŞ-ın Almaniyadakı aviabazasına təhvil verməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi bildirib.

"Prezident və hökumət arasında məsləhətləşmələrdən sonra Polşa Respublikasının hakimiyyət orqanları bütün MiQ-29 qırıcılarını Rammstein aviabazasında yerləşdirməyə və onları ABŞ-a təhvil verməyə hazırdırlar", - bəyanatda deyilir.

Eyni zamanda, Polşa ABŞ-dan istifadə edilmiş təyyarələri müvafiq əməliyyat imkanları ilə təmin etməyi xahiş edib. Polşa dərhal təyyarələrin alınması üçün şərtləri qoymağa hazırdır.

Polşa hökuməti həmçinin MiQ-29-ları olan digər NATO müttəfiqlərindən də bunu tələb edib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən