Belarus könüllülər briqadası Ukraynaya köməyə gəldi - VİDEO
Belarus könüllülərindən ibarət briqada artıq ukraynalıların tərəfində döyüşlərə qoşulub.
Redaktor.az xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.
Briqada komandiri bildirib ki, Belarusdan 60-a yaxın döyüşçü gəlib.
Xatırladaq ki, Ukraynada Beynəlxalq Müdafiə Legionu yaradılıb. Legiona xarici dövlətlərin vətəndaşları qoşula bilər (virtualaz.org).












