Britaniyada Rusiya təyyarəsi SAXLANILDI

 13:40 09.03.2022     738

Böyük Britaniya Rusiyaya qarşı yeni aviasiya sanksiyaları tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

“Bu gün Britaniya öz hava səmasında istənilən Rusiya təyyarəsini saxlamağa imkan verən yeni sanksiyalar qəbul edib”, - deyə o bildirib.

Eyni zamanda vurğulanıb ki, bu qərar Rusiya ilə əlaqədə olan fiziki və hüquqi şəxslər də aiddir.

Britaniyanın nəqliyyat naziri Qrant Şapps qeyd edib ki, artıq ilk rus təyyarəsi saxlanılıb: "İndi təyyarənin əsas sahibinin kim olduğu ilə bağlı araşdırma aparılacaq".

Qrant Şapps Tviter hesabında Rusiya təyyarələrinin Böyük Britaniyanın hava məkanını keçməsini cinayət hesab etdiyini bildirib.  "Minlərlə günahsız insan ölərkən Putinin yaxınlarının normal yaşamağa davam etmə qabiliyyətini boğacağıq", - deyə nazir bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən