KFC də Rusiyada işini dayandırdı

 16:04 09.03.2022     349

ABŞ-ın "Yum! Brands" şirkəti özünə məxsus olan KFC və "Pizza Hut" restoranlar şəbəkəsinin Rusiyada fəaliyyətlərini dayandırdığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

Qərar Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatla əlaqədar qəbul edilib.

Qeyd edək ki, ötən gün "McDonald's", "Pepsi" və "Coca-Cola" şirkətləri, bu gün isə "Mothercare", Böyük Britaniyanın “Imperial Brands” tütün şirkəti və bir sıra digər şirkətlər Rusiyada fəaliyyətini müvəqqəti dayandırdıqlarını bildiriblər.

 

Vumart və Güvən reklamı Vumart Güvən