Xarkov tamamilə Ukrayna ordusunun nəzarətindədir

 16:57 09.03.2022     372

“Xarkov tamamilə Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi altındadır”.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, “düşmən aktiv hücum hərəkətləri həyata keçirmir, şəhərin kənarında yaşayış infrastrukturuna raket və bomba zərbələri endirməkdə davam edir”.

Sinequbov qeyd edib ki, Xarkov şəhərinin ətrafında uğursuz müqavimətdən sonra düşmən ağır silahlarını və hərbi texnikalarını tərk edərək qaçmağa başlayıb. Yaralı yoldaşlarını döyüş meydanında qoyub qaçan Rusiya hərbçilər ukraynalı sərhədçilər tərəfindən əsir götürülüblər. 

Vumart və Güvən reklamı Vumart Güvən