Putinlə Şolts Ukraynanı müzakirə etdilər

 21:46 09.03.2022     384

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts telefon danışığında Ukraynadakı vəziyyət kontekstində siyasi və diplomatik səylər variantlarını müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Rusiya nümayəndə heyəti ilə Kiyev nümayəndələri arasında danışıqların üçüncü raundunun nəticələrini müzakirə ediblər.

Ukraynadakı vəziyyətin humanitar aspektlərinə xüsusi diqqət yetirilib.

Vumart və Güvən reklamı Vumart Güvən