Rusiya Mariupolda doğum evinə hava zərbələri endirdi - FOTO
Rusiya Mariupolda uşaq xəstəxanası və doğum evinə hava zərbələri endirib.
Redaktor.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevskyi özünün feysbuk səhifəsində yazıb.
"Rusiya daha hansı sərhədləri aşmalıdır ki, dünya lazımi cavabı versin?", - deyə səfir əlavə edib.
Qeyd edək ki, yerli mətbuatın yazdığına görə, Mariupolda doğum evinin bombalanması nəticəsində 17 nəfər yaralanıb. Onların arasında yeni ana olan qadınların da olduğu bildirilir.
T.İSMAYIL
















