Boris Conson doğum evinə hücuma görə Putinin məsuliyyətə cəlb ediləcəyinə SÖZ VERDİ
Böyük Britaniyanın Baş naziri Boris Conson martın 9-da Rusiya hərbçilərinin Mariupol şəhərindəki doğum evinə endirdiyi hava hücumuna reaksiya verib.
Redaktor.az xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putini törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edəcəyinə söz verib.
"Müdafiəsiz insanlara hücumdan daha pis heç nə yoxdur. Böyük Britaniya hava hücumlarından qorunmaq üçün Ukraynaya daha çox dəstək vermək imkanlarını araşdırır və biz Putini dəhşətli cinayətlərinə görə cavab verməyə məcbur edəcəyik", - Conson tviterdə yazıb.
Xatırladaq ki, martın 9-da rus qoşunları Mariupolda işləyən doğum evini tamamilə dağıdıb, həmçinin uşaq xəstəxanasına bir neçə bomba atıb. Doğum evində ölən olmasa da, xeyli insan yaralanıb.
T.İSMAYIL












