Rusiya aviasiyası Ukrayna səmasında böyük itki verdi - SİYAHI

 00:43 10.03.2022     893

Martın 8-9-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemləri Birgə Qüvvələr Əməliyyatı bölgəsində və Kiyev vilayətində ən azı səkkiz hava hədəfini məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

"Döyüş təyyarələri, S-300 və Buk-M1 zenit-raket qüvvələrinin bölmələri 4 Su-25 hücum təyyarəsini, rus işğalçılarının 3 helikopterini məhv edib. Həmçinin vurulan iki qanadlı raketin təsdiqi var. Müxtəlif strateji istiqamətlərdə Hərbi Hava Qüvvələrinin hücum təyyarələri və bombardmançı təyyarələri Quru Qoşunlarının hərəkətlərinə dəstək verməkdə və düşmən texnikasının kolonlarına raket və bomba zərbələri endirməkdə davam edir" - açıqlamada deyilir.

Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının əməliyyat hesablamalarına görə, Rusiyanın təyyarə itkisi 56, helikopter itkisi isə 82 ədəddir.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən