Ruslar Nikolayevi "Qrad" atəşinə tutur

 01:09 10.03.2022     328

"Düşmən Nikolayevi atəşə tutmağa başlayıb. Rus terrorçuları "Qrad" və "Uraqan"dan zərbələr endirirlər".

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı şəhərin rəhbəri Aleksandr Senkeviç paylaşıb.

UNİAN müxbirinin verdiyi məlumata görə, mer Facebook-da canlı yayımda deyib:

“İndi onlar Kropivnitski istiqamətindən Nikolayevi "Qrad"lardan və "Uraqan"lardan atəşə tuturlar. Məncə gecələr bizi də atəşə tutacaqlar. Ona görə diqqətli olun, ya zirzəmidə gecələyin,ya da “iki divar” qaydalarına əməl edin.

Xəsarət alanlar və ölənlər barədə hələlik məlumat yoxdur ki, bu da sevinməyə bilməz. Ümid edirik ki, gecə Nikolayevə itkisiz başa gələcək".

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən