Xarkovda evə mərmi düşdü, 4 nəfər öldü 

 11:15 10.03.2022     344

Martın 9-dan 10-na keçən gecə Ukraynanın Xarkov vilayətində Slobojanskoye kəndində evə mərmi düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yayıb.

Nəticədə evdə olan 2 qadın və 2 uşaq həlak olub, 5 yaşlı bir uşaq isə yaralansa da, sağ qalıb.

Bununla yanaşı, gecə Xarkovun mərkəzində yerləşən “Nikolski” ticarət mərkəzinə mərmi düşüb, binada yanğın başlayıb. Yanğınsöndürənlər 3 saatlıq əməliyyatdan sonra yanğını söndürməyə nail olublar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 


Vumart və Güvən reklamı Vumart Güvən