Paşinyan Rusiyaya səfər edəcək

 11:40 10.03.2022     329

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 9-u Rusiyaya səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Paşinyan açıqlayıb.

“Biz bu səfərin hazırlıq mərhələsindəyik. Bu görüşün yüksək səviyyədə baş tutması üçün hər şeyi etmək lazımdır”, - deyə Paşinyan söyləyib.

“Novosti-Armeniya” nəşrinin məlumatına görə, görüşə hazırlıq işləri aparılsa da, Rusiya Prezidenti Vladimir Putinlə görüşdə müzakirə olunacaq məsələlərin mahiyyəti açıqlanmır.

Vumart və Güvən reklamı Vumart Güvən