NATO Rusiyanı Ukraynada hərbi əməliyyatları dayandırmağa ÇAĞIRDI

 13:19 10.03.2022     447

NATO Rusiya ilə müharibə aparmır və Ukraynada vəziyyətin eskalasiyasından yayınmağa çalışır.

Redaktor.az xəbər verir ki, bu barədə NATO-nun baş katibinin köməkçisi Kamiy Qran BFMTV (Fransa) telekanalına müsahibəsində deyib.

“NATO Rusiya ilə müharibə aparmır, bu münaqişədə eskalasiya risklərindən yayınmaq və onu tənzimləmək istəyir. Düşünürəm ki, biz ukraynalılara mümkün olan hər yerdə kömək etməliyik, lakin bu münaqişəyə qarışmamalıyıq”, - deyə o bildirib.

Alyans nümayəndəsi, həmçinin Rusiyanı Ukraynada hərbi əməliyyatları dayandırmağa çağırıb.

Vumart və Güvən reklamı Vumart Güvən