Zelenski Almaniya kanslerindən dəstək istədi
Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, bu barədə Prezident Zelenski tviterdə bildirib.
"Kansler Olaf Şoltsla sülh danışıqlarının gedişatını müzakirə etdik. Ukrayna üçün müdafiə dəstəyinin artırılmasının və Rusiyaya sanksiya təzyiqinin vacibliyini vurğuladım. Avropa İttifaqı liderlərinin qeyri-formal sammiti ərəfəsində Ukraynanın Avropa İttifaqına üzvlük məsələsini qaldırdım", - deyə dövlət başçısı bildirib.












