"Rusiya Ukraynaya hücum etməyib" - Lavrov

 14:25 10.03.2022     530

"Biz görürük ki, bizim qərbli tərəfdaşlarımız nə qədər təhlükəli addımlar atır, Ukraynaya ölümcül silah verirlər".

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov üçtərəfli görüşdən sonra deyib.

O qeyd edib ki, Rusiya başqa ölkələrə hücum etmək niyyətində deyil.

Nazirin sözlərinə görə, Rusiya Ukraynaya hücum etməyib, Rusiya, sadəcə, o ərazidən gələn təhlükəyə cavab verib:

“Ukraynanı silahlandıranlar öz addımlarının məsuliyyətini dərk etməlidirlər”.

Lavrov ABŞ-ın Ukrayna ərazisindən bioloji silahın yaradılması üçün istifadə etdiyini də bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən