Lavrov Rusiyanın Mariupoldakı doğum evini qəsdən bombaladığını TƏSDİQLƏDİ

 15:17 10.03.2022     805

Rusiyanın xarici işlər naziri Sergey Lavrov rus qoşunlarının Mariupoldakı doğum evinə qəsdən hücum etdiyini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, o, bu barədə Antalyada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“BMT Təhlükəsizlik Şurasının iclasında nümayəndə heyətimiz tərəfindən faktlar təqdim olundu ki, bu doğum evini çoxdan “Azov” batalyonu və digər radikallar ələ keçiriblər, bütün doğuşda olan qadınlar, bütün tibb işçiləri oradan qovulub. “Azov” batalyonunun bazasında bu məlumatlar üç gün əvvəl təqdim olunub", - Lavrov deyib.

Qeyd edək ki, martın 9-da Rusiya aviasiyasının Ukraynanın Mariupol şəhərinə hava hücumu zamanı şəhərin mərkəzindəki doğum evi, həmçinin xəstəxana, uşaq şöbəsi və terapiya şöbəsi dağıdılıb.

Hava zərbəsi nəticəsində 17 nəfər xəsarət alıb.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən