Çin Rusiyaya təyyarə hissələri tədarük etməkdən imtina etdi
Çin hakimiyyəti Rusiya Federasiyasının aviaşirkətlərini ehtiyat hissələri ilə təmin etməkdən imtina edib. Rusiya Federasiyası Türkiyə, Hindistan və digər ölkələrdə təyyarələr üçün ehtiyat hissələri almaq imkanı axtaracaq.
Redaktor.az xəbər verir ki, bunu Rusiya və MDB ölkələri üzrə MRO konfransında Federal Hava Nəqliyyatı Agentliyinin Təyyarələrin uçuşa yararlılığına texniki xidmət şöbəsinin rəhbəri Valeri Kudinov deyib.
"Biz aviaşirkətin bu ehtiyat hissələrini haradan əldə etmək imkanının olduğunu müəyyən etməyi tapşırdıq. Bildiyimə görə, belə bir məlumat daxil olub ki, onlar məsələn, Çinə müraciət ediblər və çinlilər bundan imtina ediblər", - Kudinov bildirib.
Onun sözlərinə görə, Rusiya hakimiyyəti təyyarələr üçün ehtiyat hissələrinin haradan alınacağını axtaracaq.
"Biz başqa ölkələr vasitəsilə axtaracağıq. Ola bilsin ki, tərəfdaşlarımız vasitəsilə - türklər vasitəsilə, bəlkə də Hindistan vasitəsilə. Hər bir şirkət təkbaşına danışıqlar aparacaq - biz sadəcə olaraq, bunların leqallaşdırılmasına kömək edəcəyik".
Öz növbəsində, aviadaşıyıcının texniki direktoru İqor Poddubnı bildirib ki, Ural Hava Yolları cəmi iki ay uçuşları davam etdirə biləcək.
Eyni zamanda o, əmindir ki, sanksiyalardan yayınmaqla ehtiyat hissələri və materialların tədarük edilməsi ehtimal edilir.
Qeyd edək ki, Ural Hava Yolları lizinq şərtləri ilə 54 Airbus təyyarəsinə malikdir. Martın əvvəlində Airbus Rusiya aviaşirkətlərinin təyyarələrinə texniki xidmət göstərməyi dayandırıb.
T.İSMAYIL












