Podolyak üçtərəfli görüşü yüksək qiymətləndirdi

 16:07 10.03.2022     388

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Türkiyə, Ukrayna və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşünün əhəmiyyətini yüksək qiymətləndirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.

“Bu, Rusiya ali siyasi rəhbərliyinin proseslərə daha obyektiv və adekvat baxışını formalaşdırmaq üçün son dərəcə vacibdir”, - deyə o qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən