Ermənistanın xarici işlər naziri Türkiyəyə gedir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə gedir.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan "Twitter"də bildirib.
Ermənistan xarici işlər naziri 11-13 mart tarixlərində Antalya Diplomatik Forumunda iştirak etmək üçün Antalyaya yola düşəcək.
“Onun bir sıra həmkarlarla görüşləri planlaşdırılır”, - mətbuat katibi qeyd edib.












