Rusiya bu məhsulların ixracına qadağa qoydu - SİYAHI
Qərbin sanksiyalarına cavab olaraq Rusiya hökuməti bu ilin sonunadək ixracı qadağan olunan məhsul və avadanlıqların siyahısını müəyyənləşdirib.
Redaktor.az xəbər verir ki, siyahıya texnoloji, telekommunikasiya, tibbi avadanlıqlar, nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası, elektrik avadanlıqları, o cümlədən dəmiryol vaqonları və lokomotivləri, konteynerlər, turbinlər, metal və daş emalı maşınları, monitorlar, proyektorlar, konsollar və panellər daxil olmaqla ümumilikdə 200-dən çox çeşid daxildir. Bu tədbir Rusiya bazarında sabitliyi təmin etmək üçün lazımdır.
"Bu tədbir Rusiya bazarında sabitliyi təmin etmək üçün zəruridir", - açıqlamada deyilir.












