Kadırov Ukraynaya zirehli maşınlar göndərdi - VİDEO

 17:50 10.03.2022     477

Çeçenistan lideri Ramzan Kadırov Ukraynada gedən döyüşlərdə iştirak edən Çeçenistandan olan güc strukturları əməkdaşları üçün zirehli yolsuzluq avtomobilləri göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə R.Kadırovun “Telegram” kanalında məlumat verilib.

O, əməliyyat şəraitinin sözügedən avtomobillərə tələbat yaratdığını və bu səbəbdən Çeçenistanın Ukraynaya müvafiq texnikanı göndərdiyini açıqlayıb.

Bundan əlavə o, Rusiya Federasiyası Milli Qvardiya qoşunlarının Şimali Qafqaz dairəsi üzrə komandanının birinci müavini, general-mayor Alibek Delimxanovun da Ukraynada döyüşdüyünü bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən