Akar Şoyqu ilə Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsini müzakirə etdi
Rusiya və Türkiyə müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar arasında telefon danışığı olub.
Redaktor.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Ukraynada və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.
Telefon danışığı zamanı Türkiyə vətəndaşlarının humanitar koridorlar vasitəsilə Ukraynadan təxliyəsi məsələsi də diqqətdə olub.












