Rusiyanın daha 4 helikopter və 1 qırıcısı VURULDU

 10:43 12.03.2022     527

Ukrayna hava müdafiəsi qüvvələri və aviasiyası ötən gün Rusiya ordusuna məxsus 4 helikopteri, “Forpost-M” tipli 1 ədəd dronu, “Su-34” tipli 1 ədəd qırıcı bombardmançı təyyarəni məhv edib, düşmənin zirehli texnika karvanlarına 10-dək zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri feysbuk səhifəsində açıqlama yayıb.

Bildirilib ki, həmçinin Ukraynaya məxsus “Su-27” və “Miq-29” tipli qırıcı təyyarələrinin müxtəlif istiqamətlərdə düşmənin sayca üstün qüvvələrinə qarşı 10-dək hava döyüşü keçirərək itkisiz geri qayıdıb.

Vumart və Güvən reklamı Vumart Güvən