Ukraynada 10 humanitar dəhliz AÇILDI
Ukraynada müharibə ilə əlaqədar insanların təxliyyəsi və humanitar yardımların çatdırılması üçün 10 humanitar dəhlizin açılması planlaşdırılır.
Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib. "Yeni humanitar dəhlizlərin açıldığını elan edirik”,- o, deyib.
Zaporojye - Mariupol (Mariupola humanitar yardım göndəriləcək); Poloqi – Zaporojye; Qostomel, Kozaroviçi, Mikuliçi (Kiyev vilayəti) - Kiyev; Andreyevka, Makarov, Borodyanka (Kiyev vilayəti) - Jitomir; Тrostyanets - Poltava; Sumı - Poltava; Lebedin - Poltava; Konotop -Poltava; Velikaya Pisarevka - Poltava; Krasnopolye - Poltava.
Ukrayna hökuməti bildirir ki, ən ağır humanitar vəziyyət Mariupoldadır. Belə ki, 400 000 əhalini yaşadığı şəhər Rusiya ordusunun mühasirəsindədir və ora humanitar yardımın göndərilməsinə imkan verilmir.












