"PUA-lardan Qarabağda istifadə olunarkən sanksiyalarla üzləşdik" - Türkiyəli nazir

 15:37 12.03.2022     1064

“Türkiyə istehsalı olan zərba PUA-larından bir çox yerlərdə, o cümlədən İkinci Qarabağ müharibəsində istifadə olunub”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.

“Bu PUA-lardan haqq mübarizələrində istifadə edərkən sanksiyalarla üzləşdik. İndi isə zərbə PUA-larını tərifləyirlər. Bu, ikili standartların ən bariz nümunəsidir. Əlbəttə, həm adi, həm də zərbə PUA-larımız daha da müasirləşəcək. Biz potensialımızı artırmağa davam edəcəyik. Türkiyənin bu potensialı, əslində, NATO üzvlərini sevindirməlidir. Amma qarşılaşdığımız reaksiyaları başa düşmürük”, - o vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən