“Rusiya Ukraynada görünməmiş itkilər verir” - Zelenski

 17:13 12.03.2022     769

“Rusiya Ukraynada görünməmiş itkilər verir. Müharibənin 16 günü ərzində Rusiya ordusunun 31 batalyon-taktiki qrupu döyüş qabiliyyətini itirib, 360-dan çox tank, 1205 zirehli texnika, 60-a yaxın təyyarə və 80 helikopter məhv edilib”.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

"Silahlı Qüvvələrimiz düşməni Ukraynaya qarşı müharibəni davam etdirmək istəyindən məhrum etmək üçün hər şeyi edir. Rusiya qoşunlarının itkiləri çox böyükdür. Artıq 17-ci gündə işğalçıların itkilərinin dinamikası elədir ki, biz əminliklə deyə bilərik ki, bu, Rusiya ordusuna son onilliklərdə vurulan ən böyük zərbədir”, - Zelenski bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən