Abramoviç "Çelsi"dən kənarlaşdırıldı

 17:37 12.03.2022     1102

İngiltərə Premyer Liqasının rəhbərliyi Roman Abramoviçi "Çelsi" klubunun idarəçiliyindən kənarlaşdırıb.

Redaktor.az xəbər verir ki, buna Böyük Britaniya hökumətinin 56 yaşlı funksionerə sanksiyalar tətbiq etməsi səbəb olub.

Bəyanatda bildirilib ki, Premyer Liqanın İdarə Heyəti Abramoviçi London təmsilçisinin rəhbəri vəzifəsindən uzaqlaşdırıb.

Qeyd edək ki, Böyük Britaniya hökuməti martın 10-da Roman Abramoviçə sanksiyalar tətbiq edib.

Rusiyalı iş adamının, o cümlədən klubun aktivləri bloklanıb.

Vumart və Güvən reklamı Vumart Güvən