"Rusiya Xerson vilayətində saxta referendum keçirməyə çalışır" - Ukrayna XİN başçısı

 21:34 12.03.2022     629

"Rusiya Ukraynanın Xerson vilayətində saxta referendum keçirməyə çalışır".

Redaktor.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviterdə yazıb.

"2014-cü ilin oyunundan sonra ruslar indi də Xersonda saxta “xalq respublikası” üçün saxta referendum təşkil etməyə çalışır. Xalqın buna heç bir dəstəyinin olmadığını nəzərə alsaq, bəllidir ki, bu "referendum", tam səhnələşdiriləcək. Xerson həmişə Ukraynanındır və Ukraynanın olacaq", - deyə nazir bildirib.

Kuleba əlavə edib ki, Rusiyaya qarşı sərt sanksiyalar davam etməlidir.

Vumart və Güvən reklamı Vumart Güvən