Rus qoşunları Mariupolu mühasirəyə aldı
Ukraynanın Mariupol şəhəri Rusiya tərəfindən tam blokadaya alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti videomüraciətində məlumat verib.
Onun sözlərinə görə, şəhər gecə-gündüz atəşə tutulur.
“Rus qoşunları Mariupolu raketlərlə vururlar. Onlar Mariupolda hətta doğum evini vurublar. Xəstəxanalar məhv edilir”, - deyə Zelenski bildirib.












