“Evə qayıtmağa cəhd edənləri öldürən maneələr var” – Rusiyalı əsir

 09:50 13.03.2022     709

Ukrayna Təhlükəsizlik Xidməti əsir götürülən rus hərbçinin dindirilmə görüntülərini yayıb.

Redaktor.az xəbər verir ki, 22 yaşlı hərbçi bildirib ki, komandanlıq sıravi əsgərlərdən müharibədə iştiraka razı olub-olmadıqlarını soruşmayıb.

Rusiya hərbçilərindən mobil telefonlar müsadirə edilib və bölmə işğal olunmuş Krım ərazisindən Ukraynaya daxil olub.

“Telefonlar olmadan biz bütövlükdə Ukraynada nə baş verdiyini öyrənə bilməzdik. Amma tezliklə məlum oldu ki, biz sülhməramlı yox, müharibəyə gedirik. Evə qayıtmağa cəhd edənləri öldürən maneələr var", - rus əsir bildirib.