Ermənistanın yeni prezidenti and içib vəzifəsinə başladı
Ermənistan Milli Assambleyasının növbədənkənar iclası keçirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Mənbə yazır ki, Vaaqn Xaçaturyan sağ əlini Konstitusiya və Müqəddəs Kitabın üzərinə qoyaraq and içib:
“Ermənistan Respublikasının Konstitusiyasına sadiq qalacam, öz səlahiyyətlərimi həyata keçirərkən qərəzsiz olacam, yalnız ümumi dövlət və milli maraqları rəhbər tutacam, bütün gücümü milli birliyin möhkəmləndirilməsi işinə sərf edəcəm”.












