Nikolayev yenidən bombalandı

 16:58 13.03.2022     611

Rusiya qoşunları Ukraynanın Nikolayev bölgəsində yaşayış məntəqələrini bombardman ediblər. Hazırda adıçəkilən ərazidə güclü partlayış səslərinin gəldiyi bildirilir.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bunu Nikolayevin meri Oleksandr Senkeviç telemarafon zamanı deyib:

"Kaset mərmiləri ilə bombardman olub. Onlar iki yaşayış məntəqəsini - Solyanye və Severnını əhatə edib. Uşaq meydançasına, fərdi evlərə mərmilər düşüb. 13 yaralı var, onlardan 7-si hazırda reanimasiyadadır, 9 nəfər dünyasını dəyişib".

Vumart və Güvən reklamı Vumart Güvən