Ukraynada ölən jurnalist “The New York Times” müxbiri deyil - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Ukraynanın İrpen şəhərində rusiyalı hərbçilər “The New York Times”ın müxbirini öldürüb, daha bir jurnalisti isə yaralayıblar.
Redaktor.az xəbər verir ki, bununla bağlı Amerika nəşrindən açıqlama verilib.
Qəzetin sözçüsü həmin şəxsin adı çəkilən mətbu orqanda işləmədiyi deyib:
“Ukraynada jurnalist Brent Renaudun ölümündən kədərlənirik, lakin o, bu qəzetdə işləməyib”.
Xatırladaq ki, jurnalistin ölümü barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşenko məlumat verib.
O, mərhumun meyitinin və sənədlərinin fotosunu dərc edib və daha iki jurnalistin yaralandığını bildirib. Sənədlərin arasında “The New York Times”ın vəsiqəsi də var.
Ağ Ev amerikalı jurnalistin ölümü ilə bağlı Kiyevlə məsləhətləşdiyini açıqlayıb.












