"Rus işğalçıları bizi fəth edə bilməz, onların belə gücü yoxdur" - Zelenski
"Rus işğalçıları bizi fəth edə bilməz. Onların o cür gücü, o cür ruhu yoxdur. Onlar ancaq zorakılığa arxalanırlar. Yalnız terrora. Yalnız çoxlu silahlara sahibdirlər".
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bildirib.
"Lakin işğalçıların normal yaşamaq üçün təbii əsasları yoxdur. İnsanlar xoşbəxtliyi yaşaya, xəyal qura bilsinlər deyə.
Onlar həyatı normallaşdırmağa acizdirlər! Rusiya hansı yad ölkəyə gəlibsə, orada arzular mümkün deyil", - deyə dövlət başçısı bildirib.
T.İSMAYIL












