İran Səudiyyə Ərəbistanı ilə danışıqları dayandırdı

 21:06 13.03.2022     398

İran Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq üçün danışıqlar prosesini birtərəfli qaydada dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə İranın "Nurnews" agentliyi məlumat yayıb.

Qərarın səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, tərəflər martın 16-da İraqda danışıqların beşinci raundunu keçirməyi planlaşdırırdı.

Vumart və Güvən reklamı Vumart Güvən