ABŞ Rusiya ilə bağlı Çinə xəbərdarlıq etdi

 22:02 13.03.2022     678

ABŞ səlahiyyətliləri Çinə Rusiyaya Qərb sanksiyalarının itkilərini kompensasiya etməyə kömək etməyə çalışacağı təqdirdə hansı nəticələrlə üzləşəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Redaktor.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

O, qeyd edib ki, ABŞ Çinin Rusiyaya nə dərəcədə maddi və iqtisadi dəstək verdiyini diqqətlə izləyir.

Sallivan ABŞ-ın Çinə məhdudiyyətlər qoymağa hazır olub-olmadığı sualına isə cavab verməkdən imtina edib.

Vumart və Güvən reklamı Vumart Güvən