Çernobıl AES-in enerji təchizatı bərpa edildi

 23:07 13.03.2022     1010

Çernobıl Atom Elektrik Stansiyasında elektrik enerjisinin verilişi bərpa edilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə energetika naziri German Qaluşenko bildirib.

“Bu gün NPC “Ukrenergo” mütəxəssislərinin, nüvə alimlərimizin və elektrikçilərimizin inanılmaz səyləri sayəsində rus işğalçıları tərəfindən ələ keçirilən Çernobıl AES-in enerjisini qaytarmaq mümkün olub”, - nazir qeyd edib.

Qaluşenkonun sözlərinə görə, indi işlənmiş nüvə qurğularının soyutma sistemləri ehtiyat enerjidən yenidən normal rejimdə işləyəcək.

Qeyd edək ki, Çernobıl AES-in elektrik enerjisi martın 9-da kəsilib. Həmin gün Ukrayna tərəfi elektrik təchizatının bərpası üçün 48 saat vaxt olduğunu açıqlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən