600 rusiyalı dəniz piyadası MƏHV EDİLDİ

 23:08 13.03.2022     988

Ukrayna Silahlı Qüvvələri 155-ci Əlahiddə Dəniz Briqadasının hissələrini (30926 saylı hərbi hissə, Vladivostok) demək olar ki, tamamilə məhv edib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə jurnalist Roman Tsymbalyuk məlumat verib.

Onun sözlərinə görə, briqada komandanlığının tələsik qərarları nəticəsində düşmənin dəniz bölmələri məhv edilib.

"İtkilər təqribən 600 ölü və eyni sayda yaralı olub. Eyni zamanda, briqadanın şəxsi heyətinin qida və sığınacaq almaq imkanı yoxdur", - Tsymbalyuk bildirib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının son məlumatına görə, Rusiya ordusu bu günə qədər 12 min hərbçisini itirib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən