"Sizi bir atəş məsafəsində gözləyirik" - Ukrayna sərhədçilərindən ruslara müraciət - VİDEO

 23:51 13.03.2022     634

Martın 13-də Rusiya hərbçiləri Yavoriv poliqonunu atəşə tutub. Nəticədə 35 nəfər həlak olub.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin sərhədçiləri işğalçılara əməllərinə görə qisas alacaqlarını vəd ediblər.

Belə ki, Ukrayna sərhədçiləri videomüraciətdə qeyd ediblər ki, onlar işğalçıları bir atəş məsafəsində gözlədiklərini və onları yaxşı nişan alacağını qeyd ediblər.

"Siz Beynəlxalq Sülhün Müdafiəsi və Təhlükəsizliyi Mərkəzini raketlərlə atəşə tutdunuz. İnsanları öldürdünüz. Divarları sındırdınız. Amma siz sərhədçilərin Silahlı Qüvvələrdən və Milli Qvardiyadan olan qardaşları ilə Yavoriv təlim poliqonunda əldə etdikləri peşəkarlığı və ahəngdarlığı poza bilməzsiniz" - sərhədçilərdən biri bildirib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən