İranın xarici işlər naziri Rusiyaya gedir
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian sabah Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.
Redaktor.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə mətbuat konfransında deyib.
S.Xətibzadənin sözlərinə görə, Moskvada İranın nüvə proqramı ilə əlaqədar müzakirələr aparılacaq (trend).












