Zelenskiyə Gürcüstanın milli qəhrəmanı adının verilməsi TƏKLİF OLUNDU

 14:26 14.03.2022     614

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukrayna Prezidenti Volodimir Zelenskiyə Gürcüstanın milli qəhrəmanı adının verilməsi təşəbbüsünü irəli sürüb.

Redaktor.az xəbər verir ki, bu xahişlə o, Gürcüstan Prezidenti Salome Zurabişviliyə müraciət edib.

Müraciətin yer aldığı məktubu Vahid Milli Hərəkat Partiyasının üzvü Levan Bejaşvili parlamentdə dövlət başçısına təqdim edib.

Deputat bildirib ki, V.Zelenskinin bu gün gördüyü işlər Ukraynanın, gürcü xalqının mübarizəsidir: “Bu xahişi nəzərdən keçirməyinizi və təmin etməyinizi xahiş edirəm”.

L.Bejaşvili həmçinin qeyd edib ki, Ukraynanın bu gün M.Saakaşviliyə ehtiyacı var: “Onun Kiyevə qayıtması müharibə şəraitində olan dövlətə konkret yardım olacaq” (report).

Vumart və Güvən reklamı Vumart Güvən