Rusiyanın Ukraynadakı əməliyyatları nə vaxt başa çatacaq? - Peskov AÇIQLADI

 15:52 14.03.2022     393

“Rusiyanın Ukraynadakı hərbi əməliyyatları plan üzrə davam edir”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, əməliyyatların nə vaxt başa çatacağı barədə dəqiq tarixi açıqlamayıb: “Əməliyyatlar vaxtında və tamamlandıqdan sonra başa çatacaq”.

D.Peskov həmçinin bildirib ki, Ukraynanın bütün iri şəhərlərinin tam nəzarətə alınması mümkündür:

“Biz mülki əhalinin təhlükəsizliyini mümkün qədər təmin etməyə çalışırıq. Eyni zamanda, mühasirəyə alınmış bütün böyük şəhərlərin tamamilə nəzarətə götürülməsi istisna deyil”.

Vumart və Güvən reklamı Vumart Güvən