Rusiyanın daha bir statusu ləğv ediləcək

 23:16 14.03.2022     672

Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı dördüncü sanksiyalar paketi ilə bağlı razılığa gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ Şurasına sədrlik edən Fransanın "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, Rusiyanın Ümumdünya Ticarət Təşkilatındakı (ÜTT ) "ən əlverişli ölkə" ticarət statusu ləğv ediləcək.

Həmçinin Belarusun ÜTT-yə üzvlüklə bağlı müraciətinin baxılması dayandırılacaq.

Qeyd olunub ki, sanksiyalar Rusiya iqtisadiyyatınln müxtəlif sektorlarına və bəzi şəxslərə tətbiq olunacaq.

Sanksiyaların digər təfərrüatları açıqlanmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən