Haaqa Məhkəməsindən Ukraynanın Rusiyaya qarşı iddiası barədə AÇIQLAMA

 23:52 14.03.2022     444

Beynəlxalq Haaqa Məhkəməsi martın 16-da Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı Ukraynanın bu ölkəyə qarşı iddiası ilə bağlı qərar verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə beymnəlxalq qurum açıqlama yayıb.

“Çərşənbə günü, 16 mart 2022-ci ildə BMT-nin əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Soyqırımın Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasına uyğun olaraq soyqırım iddiaları ilə bağlı iş üzrə müvəqqəti tədbirlər görülməsi tələbi ilə bağlı qərarını verəcək”, - məhkəmənin bəyanatında deyilir.

Qeyd edək ki, martın 7-də Haaqa Beynəlxalq Məhkəməsi Ukraynanın Rusiya hərbi əməliyyatını dayandırmaq üçün müvəqqəti tədbirlərin görülməsini tələb edən iddiası üzrə dinləmələrə başlayıb. Haaqadakı iclasın açılışında Rusiya nümayəndə heyəti iştirak etməyib, canlı yayım zamanı bu ölkənin nümayəndələri üçün nəzərdə tutulan boş yerlər göstərilib.

Vumart və Güvən reklamı Vumart Güvən