Zelenski rusların öldürdüyü amerikalı jurnalistin ailəsinə başsağlığı verdi
Prezident Vladimir Zelenski İrpendə rus işğalçılarının güllələrindən həlak olan amerikalı jurnalist Brent Renaultun ailəsinə başsağlığı verib.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə o, Tviter-də məlumat verib.
"Rusiyanın Ukraynada insanlara etdiyi amansızlığı və pisliyi sənədləşdirərkən həlak olmuş Brent Renonun ailəsinə ürəkdən başsağlığı verirəm. Qoy Brentin həyatı və fədakarlığı dünyanı işıqlandırmaq üçün qaranlıq qüvvələrə qarşı mübarizəyə ruhlandırsın", - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, martın 13-də Kiyev vilayətinin İrpen şəhərində rus işğalçıları amerikalı jurnalist Brent Renonu güllələyib, daha bir jurnalist yaralanıb. Yaralı Kiyev "Oxmatdet" uşaq xəstəxanasına gətirilib.
Xatırladaq ki, fevralın 24-də səhər tezdən rus qoşunları Ukrayna ərazisinə soxulub. Ruslar əvvəlcə hərbi obyektləri bombalayıb, sonra dinc yaşayış məntəqələrinə, xüsusən İrpen, Buça, Kiyev, Xarkov, Çerniqov və Mariupol ərazilərinə hücum edib.
T.İSMAYIL












