Ruslar Ukraynada yaşayış binasını atəşə tutdu: 10 nəfər həlak oldu
Ukraynanın Çerniqov şəhərinin Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində 10 nəfər həlak olub.
Redaktor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
“2022-ci il martın 14-də işğalçılar Çerniqov şəhərinin yaşayış binalarını və infrastrukturunu növbəti dəfə atəşə tutub. İlkin məlumata görə, atışma nəticəsində 10 nəfər həlak olub”, - xəbərdə deyilir.
Faktla bağlı Çerniqov Vilayət Prokurorluğu tərəfindən qəsdən adam öldürmə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi), müharibə qanunlarının və qaydalarının pozulması faktı üzrə ibtidai istintaq başlayıb.












