Rusiya Xarkova "İsgəndər" ATDI
"Bu gün (dünən - red.) rus işğalçıları Rusiya ərazisindən hücuma keçən “İsgəndər” raket kompleksləri ilə Xarkova hücum ediblər".
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.
"Ukrayna Silahlı Qüvvələri düşməni şəhərə buraxmır və bölgədə əks-hücum əməliyyatları aparır. İşğalçılar Xarkovun yaşayış massivlərinə zərbələr endirməkdə, tarixi mərkəzi məhv etməkdə davam edir. Çuqev, İzyum, Derqaçidə atəşlər davam edir. Bu gün düşmən “İsgəndər” raket sistemləri də daxil olmaqla zərbə endirib. Müdafiə Qərargahının məlumatına görə, o, Rusiya ərazisindən hücuma keçib” - o, bildirib.
Sinequbov şəhər sakinlərinə çağırış da edib:
"Siren səsi eşidən kimi sığınacaqda gizlənin! Biz hamımız yavaş-yavaş partlayışlara alışırıq, yazın gəlişi ilə daha tez-tez bayıra çıxmağa başlayırıq. Amma düşmən mülki infrastruktura həyasızcasına hücum edir. Sayıqlığı itirməyin. Həmçinin sakinlərdən şübhəli şəxslər, qarət, qanun pozuntuları barədə dərhal polisə məlumat vermələrini xahiş edirik. Xarkov vilayətinin polisi xəbərlərə operativ reaksiya verir, ona görə də sizi düşmənlə mübarizədə qüvvələri birləşdirməyə çağırırıq”.
T.İSMAYIL












